Dərc edildi: Baxış sayı: 567
Şamlı Cabbar - Gülləri
Bir güzar eylədim yarın bağına,
Bağçasında xar qucubdu gülləri,
Bizimnən şirin-şirin danışdı,
Yandırdı cismimi tuti dilləri.
Dəli könlüm, nə diyara çaparsan?
Məkkəynən Mədinəni yaparsan,
Rumda tapmasan, Şamda taparsan,
Qadir mövlam bağlamasa yolları.
Cabbarın dərdini bu dağlar çəkməz,
Ayrılıq toxumunu heç bəşər əkməz,
Vədəsiz bağçalar gülünü tökməz,
Tərs əsməsə o fələyin yelləri.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət