Slimfit
  1. SİYASƏT

Samir Nuriyev: Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib

Samir Nuriyev: Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib
Sakura

Samir Nuriyev: Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib

 

Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar sayəsində yaranan dövlət idarəçiliyi siyasəti COVİD 19 pandemiyası ilə mübarizədə, Vətən Müharibəsindən sonrakı bərpa-quruculuq işlərində yüksək səmərəliyə nail olunub.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Eyni zamanda, çox hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə nəhəng beynəlxalq tədbirlər Azərbaycanın yüksək potensialını bütün dünyaya nümayiş etdirir”, - o əlavə edib.

Samir Nuriyev deyib ki, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər güclü dövləti xarakterizə edən bütün komponentlərin məntiqi nəticəsi idi.

“Bu qələbə bir daha göstərdi ki, milli maraqları müdafiə edən liderin ətrafında birləşən xalq və dövlət tarixi ədaləti bərpa etməyə qadirdir.

2023-cü ilin sentyabrında 24 saatdan az çəkən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib, onlar ağ bayraq qaldırmağa məcbur edilib”, - o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR