Doğum tarixi : 5 mart 1994 Vəfat tarixi: 2 aprel 2016 (22 yaşında)
Samir Ziyəddin oğlu Kaçayev (d. 5 mart 1994; Şamaxı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltəraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Həyatı
Samir Kaçayev 1994-cü ilin 5 mart günündə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Qaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil oldu. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Qaçayev həmin ildəcə magistaturaya qəbul oldu.
Hərbi xidməti
Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qaçayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Samir Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
Xatirəsi
2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun rejissorluğu ilə Samir Kaçayevin xatirəsinə həsr edilmiş "Yarımçıq qalmış..." tamaşası səhnəyə qoyulmuşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət