Dərc edildi: Baxış sayı: 681
Sami Yusuf Bakıya gəlib
Azərbaycan əsilli müğənni Sami Yusuf Bakıya gəlib.
"Report" xəbər verir ki, bu barədə sənətçi öz "İnstagram" hesabından məlumat verib.
Sənətçi Dənizkənarı Milli Parkda çəkdirdiyi fotonu paylaşaraq "Gözel Bakıdan həzz alıram" deyə yazıb.
Xatırladaq ki, ilk albomu “Al-Muallim”lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda BMT-nin sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən "İslam dünyasının ən böyük rok ulduzu” və "Dünyanın ən məşhur müsəlman ingilisi” elan olunub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət