Slimfit
  1. CƏMİYYƏT

Şamaxıdakı bu məktəbdə hər an faciə baş verə bilər

Şamaxıdakı bu məktəbdə hər an faciə baş verə bilər
Sakura

Şamaxıdakı bu məktəbdə hər an faciə baş verə bilər

Şamaxı şəhərinin 2 saylı tam rota məktəbinin vəziyyəti bərbad haldadır. 

Minval.İnfo xəbər verir ki, bu barədə sakinlər məlumat veriblər. Redaksiyamıza müraciət edən valideynlər bildiriblər ki, məktəb uzun zamandır təmir edilmir, uşaqların təhsil aldığı ocağ bərbad haldadır.

Bu vəziyyəti foto və videolarla sübuta yetirən şikayətçilər bildiriblər ki, aidiyyəti qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb: “Burada uşaqların təhsil alması çox təhlükəlidir. Divarlarda çatlar var. Hətta bəzi otaqlarda divar 2 hissəyə ayrılıb. Məktəb illərdir normal təmir üzü görmür. Dəhlizlərin yer örtüyü taxtadandır. Onlar çürüyüb, aralanıb. Hansısa övladımızın ayağı o taxtalara görə qırıla bilər. Pilləkənlərin tutacaqları qopub, ona tutunaraq düşüb-qalxmaq özü bir təhlükədir.

Sinif otaqları da eyni vəziyyətdədir. Yazı lövhələri həddən artıq köhnədir. 21-ci əsrdə belə bir vəziyyətin olması ayıbdır. Məcburuq sadəcə. Məsafə, alışma prosesinə görə uşaqlarımızı başqa məktəbə apara bilmirik. Hər gün qorxu içindəyik ki, birdən o tavanlardan biri qopub düşəcək, hansısa şagird, can altında qalacaq. Bu zaman kim cavab verəcək?”

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR