Şamaxıda məktəblərin həyətlərində 700 ədəd ting əkilib
Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına başlayıb. Bu aksiyada Şamaxı rayonunun təhsil işçiləri də fəal iştirak edirlər.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya ilkin olaraq 70 ümumtəhsil məktəbindən 35-də keçirilib. Təhsil ocaqlarının həyətyanı sahələrində 200-dən çox təhsil işçisinin iştirakı ilə 700 ədəd ting əkilib.
Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. Aksiya Cümhuriyyət dəyərlərini təbliğ etməklə yanaşı, məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına xidmət edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət