Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət