Slimfit
  1. AZƏRBAYCAN

Şamaxıda 84 donor qan verib

Şamaxıda 84 donor qan verib
Sakura

Şamaxıda 84 donor qan verib

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə qanvermə aksiyaları həyata keçirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxıda keçirilən aksiyada könüllü olaraq iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri müayinə olunublar. Elmi –Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları onlardan qan analizləri götürərək laborator müayinəyə göndəriblər.

Ümumilikdə aksiyada 84 donor iştirak edib. Toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR