Günorta saat 12-də və ya axşam saat 10-da yeməyinizin orqanizm üçün heç bir fərqi yoxdur
Dadlı bir şam yeməyi yemək və artıq çəki yığmamaq üçün nə edilməli olduğunu aydınlaşdıraq.
Dietoloqlar səhər yeməyinin vacib olduğunu söyləyirlər. Bəs şam yeməyiylə nə etmək lazımdır? Doğrudanmı, saat altıdan sonra heçnə yeməmək lazımdır və sizə maksimum dərəcədə fayda verməsi üçün ən uyğun şam yeməyi nə olmalıdır?
" Qadağan olunmuş" saat haqqında unudun
"Arıqlamaq istəyirsinizsə, saat altıdan sonra heçnə yeməyin" - bu "qayda"ya inanmağa tələsməyin. Bu, bir çox bloqlarda və KIV- də populyarlıq qazanmış və şişirdilməyə davam edən mifdir. Qidalanmaya dair beynəlxalq tövsiyələrdə səhər, nahar və şam yeməyini nə vaxt yeməli olduğunuza dair ciddi qaydalar yoxdur.
Dietoloqlar, qidalanma rejiminin həyat tərziniz, işinizin xarakteri və psixikanıza uyğunlaşmalı olduğunu düşünürlər.
"Vaxtı çatdığı zaman" deyil, ac olduqda yeyin.
Nə zaman - günorta saat 12-də və ya axşam saat 10-da yeməyinizin orqanizm üçün heç bir fərqi yoxdur, vacib olanm odur ki, nə yeyirsiniz. Əgər həddindən artıq yeyirsinizsə - yağ ehtiyata yığılacaq Arıqlamaq istəyirsinizsə, kalorini azaldın və enerjini sərf edin.
Qidalanmanı saata görə yalnız bir sıra xəstəliklər üçün planlaşdırmaq lazımdır: 1 və 2-ci tip şəkərli diabet, piylənmə, mədə əməliyyatından sonra, öd kisəsi çıxarılan insanlar, həmçinin qidalanma pozğunluğu zamanı. Ancaq yenə də qidalanma rejimi lazımdır - bu şəkildə həddindən artıq yeməməyə əməl etmək daha asan olur. Üstəlik müntəzəm yemək, qanda qlükoza səviyyənizi sabitləşdirəcək. Əsas odur ki, bu rejim çevikdir və sizə uyğun gəlir.
Şam yeməyi "yüngül" olmalıdır
Şam yeməyi üçün idealdır : yüngül zülallar, məsələn, balıq və ya quş əti - ondan kotlet hazırlayıb çörək yerinə kəpək əlavə edə bilərsiniz.
"Ağır" ət növləri - mal əti, quzu və donuz əti - yatmazdan əvvəl mədədə ağırlıq hissinin olmaması üçün, ən yaxşısı onları nahar üçün saxlayın.
Zülalı tərəvəz ilə tamamlayın - təzə pomidor, xiyar, göyərti və ya bolqar bibəri.
Digər bir seçim - yumurtadır. Qayğanaq yalnız səhər yeməyi üçün deyil, həm də şam yeməyi üçün optimal yeməkdir. Təzə göyərti ilə birlikdə daha çox fayda verəcəkdir - bitki məhsulları az miqdarda kalori, vitaminlər, minerallar və liflər ilə zəngindir.
Bəzi ölkələrdə səhiyyə nazirlikləri hətta səhər yeməyi, nahar və şam yeməyini necə düzgün hazırlamaq barədə ictimaiyyət üçün rəsmi qaydalar dərc edirlər. Məsələn, Avstraliyada dərc olunan tövsiyələrdə şam yeməyi menyusu üçün bir neçə seçim var: bu qiymə ətli , qırmızı lobya və yaşıl salatla makaron və ya qaynadılmış düyü, yerkökü və brokkolili balıq ola bilər. Şam yeməyi üçün bir çox faydalı yeməkləri Kanadanın bələdçisində də tapmaq olar: yerkökü və kartoflu pancake, brokkolili pendir tostu və yüngül lobya şorbaları.
Həmçinin də, əgər yemək istəmirsinizsə, axşam yeməyini kənara qoyun, giləmeyvələrlə şəkərsiz, yağsız qatıqla kifayətlənin. Əsas odur ki, öz aclıq hissinizə diqqət yetirin. Orqanizminiz özü sizə deyəcəkdir- nə vaxt yemək lazımdır, nə vaxt imtina etmək.
Yemək - zövqdür. Yenə də yatmazdan əvvəl desert, həm bədən quruluşu , həm də bütün orqanizm üçün yaxşı seçim deyil.
Şirniyyat mədəaltı vəzi yükləyir və daha çox insulin istehsalına səbəb olur.
Əksər insanlar axşam rahatlaşırlar - yerindən tərpənmirlər və kalori yandırmırlar. Buna görə yeyilən hər şey yağ anbarlarında yığılır və tezliklə əlavə kiloqramlara çevrilir.
Axşamlar şirniyyat istəyirsiniz? Gün ərzində qida rasionunuza meyvələr, giləmeyvə, quru meyvələr və ya onlardan hazırlanmış uyğun şirniyyatlar daxil edin, ancaq şam yeməyindən əvvəl və ən azı iki porsiya yeyin. Onların tərkibində çox sayda minerallar və qida lifləri var ki, bu da sizi tox saxlayır və həddindən artıq yeməməyə kömək edir. Ancaq axşam meyvə yemək tövsiyə edilmir, çünki gecə vaxtı insulin artımı böyümə hormonunun istehsalını ləngidir, yəni bədəndə hüceyrə yenilənməsinin başlanmasına mane olur.
Şam yeməyini mərasimə çevirin
Düzgün şam yeməyi- yalnızca nə yediyinizə deyil, həm də necə yediyinizə aiddir. "Serial izləyərək" şam etmək cazibədar bir fikirdir, amma zərərlidir. Ekranın qarşısında, biz mexaniki şəkildə və həddindən çox yeyirik, xroniki həddindən artıq yemə isə çəki artımına səbəb olur. Dietoloqlar hesab edirlər ki, yeməyə fokuslanmaq lazımdır - qidanın dadı, ətri və toxumasına. Televiziyanı söndürməyə, telefonu kənara qoymağa və masanı qurmağa çalışın - bu yolla daha az yeyəcək və daha doymuş hiss edəcəksiniz.
Ailəvi və ya dostlar üçün daha tez-tez şam yeməyi təşkil edin, birlikdə xörək hazırlamaq, xüsusilə də uşaqlarınızla birlikdə bişirmək, onlarda sağlam qidalanmaya maraq oyatmaq və yeməklə düzgün münasibətləri formalaşdırmaq üçün əla üsuldur.
Menyunu öncədən müəyyənləşdirin
Yemək üçün dünya mətbəxindən yeməklər hazırlamağa çalışın: Aralıq dənizi, İtalyan, Yapon, Meksika. Təzə, faydalı məhsullar seçin : tərəvəz, meyvə, göyərti, paxlalı bitkilər, balıq, quş əti, yağsız ət, tam taxıl, yarma, buğdadan hazırlanmış çörək və qoz. Reseptləri öyrənin - ədviyyatlardan istifadə edin, ləzzət və faydalardan zövq alın.
Bu, yalnızca sağlamlığınızı yaxşılaşdırmır, siz həm də qənaət etmiş olacaqsınız . Balıq kimi təzə inqrediyentlərin qiyməti, emal olunmuş qidalar - qablaşdırılmış kotlet, kolbasa və sosiskanın qiymətindən aşağıdır.
Mənbə: health.mail.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət