Slimfit
  1. CƏMİYYƏT

Salyanın müalicəvi suları: üç günə sağal, get

Salyanın müalicəvi suları: üç günə sağal, get
Sakura

Salyanın müalicəvi suları: üç günə sağal, get

 

Salyan rayonu müalicəvi isti suları və palçıq vulkanları ilə zəngindir. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Babazənan dağında isti sular yerin təkindən qaynayaraq üzə çıxır.

Buraya gələn xəstələr 3-10 gün müddətində müalicəvi isti sulardan və palçıq vulkanlardan istifadə etməklə şəfa tapırlar.

Tarixi mənbələrə görə, görkəmli alman alimi, akademik Vilhelm German Abex 1860-cı ildə Salyanda olub. O, Salyan isti sularının Avropanın ən məşhur Karlovı Varı kurortunun suyunun tərkibi ilə eyni olduğunu bidirib. 

İsti sular hərəkət-dayaq sistemlərindəki problemləri, radikulit, revmatizm, xüsusilə qadınlarda ginekoloji xəstəlikləri müalicə etmək üçün əvəzsizdir.

Yerli sakinlərlə yanaşı, ətraf bölgələrdən, hətta xarici ölkələrdən buraya üz tutan xəstələr çoxdur.

Məşhur “Şır-şır”, eləcə də “Ayranlı” bulaqlarının suyunun da özünəməxsus müalicəvi əhəmiyyəti var. “Şır-şır” bulağı dəri xəstəliklərinin, “Ayranlı” bulağı isə baş ağrılarının müalicəsində əvəzsizdir.

Mütəxəssislərin fikrincə, ərazidə sanatoriyalar yaradılarsa, burada insanlara həm normal xidmət göstərilər, həm də bölgədə turizm inkişaf edər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR