Dərc edildi: Baxış sayı: 268
Salyanda bələdiyyə sədri cərimələndi
Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Ölkə.az"a bildirib ki, Qaraçala qəsəbə ərazisində tullantıların qanunvericiliyə uyğun idarə olunmamasına görə, qəsəbə bələdiyyəsinin sədri Elnur Əhmədov barəsində akt tərtib edilib və nöqsanların aradan qaldırılması üçün ona məcburi göstəriş verilib.
"Məcburi göstərişin icra vəziyyəti yoxlanılarkən tələblərə əməl edilmədiyi müəyyən edilib və bələdiyyə sədri barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib", - Xidmət rəsmisi deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət