Slimfit
  1. CƏMİYYƏT

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
Sakura

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-21063” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq, zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR