Salome Zurabişvili Prezident İlham Əliyevə məktub göndərib
Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyulir:
"Zati-aliləri.
Sizi Respublika Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Məmnunluq hissi ilə vurğulamaq istərdim ki, Gürcüstan Azərbaycan Respublikası ilə dost münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq xalqlarımızın rifahı naminə gələcəkdə daha da inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Gürcüstanın Müstəqilliyi Günü münasibətilə göndərdiyiniz təbrikə görə Sizə öz minnətdarlığımı bildirirəm.
Zati-aliləri, bir daha Sizə ən dərin ehtiramımı ifadə edir və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət