Slimfit
  1. ƏDƏBİYYAT

Salman Mümtaz - Azərbaycan ədəbiyyatı/Başlanğıc

Salman Mümtaz - Azərbaycan ədəbiyyatı/Başlanğıc
Sakura

Salman Mümtaz - Azərbaycan ədəbiyyatı/Başlanğıc

Azərbaycan ədəbiyyatının bütün nöqtələri qaranlıqda qaldığı kimi, XII və XIII əsrlərdə də min dürlü əmək və məşəqqətlərlə əmələ gətirilmiş ədəbiyyatımız, demək olar ki, tamamilə qara dumanlar altında qalmışdır. Məndən qabaq gələn yazıçılarımız ədəbiyyatımız üçün az-çox feyzli olan o qanlı əsrlərin müməssillərindən, yarı-yarımçıq da olsa, yalnız bizə Vaqif ilə Vidadini göstərə bilmişlər. Halbuki istər onlardan qabaq, istər onlar ilə bir əsrdə yaşayaraq, doğma ədəbiyyatımızı çiçəkləndirən bir çox adlı-sanlı başqa şairlərimiz olmuşdur ki, Azərbaycan məhfəli-ədəbiyyəsində onların da özlərinə görə bir mövqei-məxsusi an vardır. Bununla bərabər, Vaqifilə Vidadi XII deyil, XII əsr hicrinin sonu ilə XIII əsrin əvvəllərini dərk etmiş şairlərimizdəndir. Onları mütləq XII əsrin şairləri saymaq doğru deyildir. Məhəmməd bəy Cavanşirin buyruğu ilə başı öz doğma və istəkli oğlu Əli ağanın başı ilə biryerdə kəsilən bədbəxt Molla Pənah Vaqifin tarixi-qətli 1212-də olduğu kimi, Vidadinin tarixi-vəfatı da ondan çox-çox sonradır. VIII və IX əsri-hicridə ədəbiyyatımızın yaradılması üçün könüldən çalışaraq, azərbaycanlılann adını göylərə qədər yüksəldən və onların varlığım dünyanın hər bir guşəsinə yetişdirən Nəsimi, Həbibi, Xətai və Füzulilərin münur ilə hər hankı səbəblərdən dolayı isə unudulmuş giranbəha şeirlərini səhnci-mətbuatımıza çıxardığını bir zamanda XII və XIII əsrlərdən də bəhs etməyim lazım, həm də vacibdir. Çünki Vaqifilə Füzuli, Xətai, Həbibi, Nəsimi və Nəsimidən daha neçə əsr qabaqca gəlmiş şairlərimizin aralarında sənətkar əlləri ilə işlənilib, uzadılan o silsileyi-şerin zərif və zərrin həlqələri artıq bir-birilərindən ayrılmış və daha doğrusu, qırılıb tökülmüşdür. O silsiləni qurmaq və o qırılan ədəbi zəncirləri gözəl bir surətdə bir-birilərinə bitişdirmək üçün iki alın cəbhədə də çalışmalıyam. Yəni XIII əsrdən XII-yə, XII-dən də VIII-yə qədər geri çəkilməliyəm. Eyni zamanda Nəsimi əsri olan VIII əsrdə də dayanmayaraq, bizim üçün türkcə, farsca yadigarlar, ərməğanlar buraxıb gedən böyük və ulu Azərbaycan qam (filosof) və bilgə (həkim)lərinin özləri ilə bərabər, şahkar əsərlərini də tapıb meydana çıxarmalıyam. Çünki onlar tapılmayıb və əsərləri müəyyən edilmədikcə Azərbaycan tarixi-ədəbiyyatı könlümüzün istədiyi kimi araya çıxmayacaqdır ki, bu da ədəbiyyatımız üçün olduqca böyük bir nöqsan və açıqlıq təşkil edəcəkdir. Mütəxəssis olmadığım halda, iyirmi beş ildən bəri etdiyim səmimi tətəbböat və tədqiqat sayəsində az-çox müvəffəqiyyətim olmuşdur və hala gələcək müvəffəqiyyətlərimdən də bir o qədər naümid deyiləm. Söz yox ki, qaraladığım sətirlərdə hörmətli oxucularımı qane etməyəcək bəzi nöqtələr də olacaqdır. Onlar bu qüsuru məndən yox, taleyimizdən görməlidirlər. Başqa millətlərdə, hər hansı mövzularda olursa-olsun, bir kiçik əsər yazmaq həvəsinə düşən müəlliflər üçün minlərcə məxəzlər, qəzetə və jurnallar tapılır. Amma mən yaxşı-yaman qaraladığım bu cızma-qaranı heçdən meydana qoyuram. Məxəzlərim mürgənələr, güvələr ağızlarından, siçanlar və kəsəyənlər boğazlarından artıq qalmış cırıq-mırıq yarpaqlar və darmadağın cünglər və bəyazlardır. Qaynaq, mənbə istoçnikiərim isə uçuq-yıxıq qəbir daşlan ilə səqfı çökmüş məscid tağları olmuşdur. İstifadə etdiyim qəzetə və jurnallar da qoca kişilərin və çox yaşamış qadınların hafizələri və hövsələləridir. Məndən qabaq gələn mühərrirlərdən bu yolda bir hazırlıq görən olsa idi, şəksiz, mən bir bu qədər də çətinliyə uğramazdım. Tarixi-ədəbiyyatımızı meydana çıxarmaq imkan xaricində olduğu üçündür ki, bu günə kimi yaxşı-yaman bir əsər belə araya çıxmamışdır. Atalar “Varın verən utanmaz” demişlər. Odur ki, mən də bu günə kimi toplaya bildiyim əlyazılarını “Azərbaycan ədəbiyyatı” adı ilə hələlik kiçik kitablar şəklində təb və nəşr etməyə qərar verdim. Zənnimcə, hiss edilən açıqlıq, tamamilə olmasa da, qismən doldurulmuş olacaqdır. Bu kiçik kitablar ilə ədəbiyyat maraqlılarına olan mənəvi borcumun cüzi bir qismini əda edə bilərsəm, özümü bəxtiyar hesab edəcəyəm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR