Salman Mümtaz - Azərbaycan şairi və ədəbiyyatşünası
Salman Mümtaz (azərb. Salman Məmmədəmin oğlu Əsgərov; d. 20 may 1884, Şəki, Yelizavetpol quberniyası, Rusiya İmperiyası; ö. 6 sentyabr 1941, Oryol, SSRİ) — azərbaycanlı şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı,1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Dil və ədəbiyyat institutu ədəbiyyat sektorunun 1-ci kateqoriyasında tədqiqat işçisi, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1929—1932).
Aşqabadda oxuyub. 1910-cu ildən "Molla Nəsrəddin" və digər jurnallarda şeirlər və felyetonları ilə dini fanatizm və xürafata qarşı çıxış etmişdir. O, doğma Azərbaycan dili ilə yanaşı fars, ərəb, rus, türk və urdu dillərini mənimsəmişdi. Salman Mümtaz İmadəddin Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və digər Azərbaycan klassiklərinin əsərlərini nəşrə hazırlamışdı. 1927-28-ci illərdə Azərbaycan aşıq poeziyasının nümunələrini iki cilddə nəşr etdirmişdi. O, həmçinin Xətai, Füzuli və digərlərinin elmi-tənqidi mətnlərini tərtib etmişdi.
Stalin repressiyasının qurbanı olan Mümtaz, 1937-ci ilin oktyabrında həbs olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olarkən 1941-ci ilin sentyabrında Orel şəhərində güllələnib. Onun tərəfindən toplanmış 270 əlyazma həbs zamanı məhv edilmişdir. Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRI Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verilib.
Əsərləri
Azərbaycan ədəbiyyatı
Nişat Şirvani
Məhəmməd Hüseyn xan Müştaq
Qövsi
Kərbəlayi Allahi Arif
Nitqi Şirvani
Qasım bəy Zakir
Mirzə Şəfi Vazeh
Seyid İmadəddin Nəsimi
Baba bəy Şakir
Bir-iki söz (El şairləri haqqında)
Aşıq Abdulla
Mehdi bəy Şəqaqi
Ağa Bağır Şirvani
Mirzə Nəsrulla bəy Didə
Müxəmməs
Qəzəl
Öyün, millət!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət