Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Salatın Əsgərova Əziz qızı

Salatın Əsgərova Əziz qızı
Sakura

DOĞUM TARİXİ: 16/12/1961 VƏFAT TARİXİ: 09/01/1991

1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. Salatın elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Mühəndis diplomu olsa da, ədəbiyyata olan həvəsi onu jurnalistika aləminə yönəldir. O, əvvəlcə qələmini ştatdankənar müxbir kimi sınayır. Sonra “Baku” və “Molodyoj Azerbaydjana” qəzetlərində müxtəlif mövzularda çıxışlar etməyə başlayır. Onun toxunduğu məsələlər həyatımızın ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşlan ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.

Salatın bir rus zabitinin maşınına əyləşərək erməni kəndlərinin birinə yollanır. O, kənd dükanının yanında adamlarla söhbət edir, onları təhrikə uymamağa, barışığa çağırır. Az qalır ki, bu sözlərə görə azğınlaşmış erməni yaraqlılan onu güllələsinlər. Rus zabiti Salatını güclə aradan çıxarır. Lakin aldığı yaralardan onun özü həlak olur.

1991-ci il... Yanvarın 9-u... O, Laçından Şuşaya gəlirdi. Yolun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları maşını yaxın məsafədən atəşə tuturlar. Tanınmış jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilir.

Ailəli idi. Bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR