Dərc edildi: Baxış sayı: 486
Lerik rayonunda meşədən ağacların kəsilməsini əks etdirən görüntülər yayılıb
A24.az-ın redaksiyasına göndərilən görüntülərin rayonun Günəşli kəndində yerləşən meşəsində lentə alındığı bildirilir.
Belə ki, görüntülərdə sözügedən meşədə ağacların qanunsuz olaraq kəsilməsi əks olunub. Əvvəlcə, gizli yolla çəkiliş aparan kənd sakinləri meşəyə əli mişarlı bir neçə nəfərin daxil olduğunu görüb. Həmin şəxslər daha sonra ağacları kəsərək təsərrüfat işlərində istifadə olunan taxta materiallar hazırlayıb. Sonda hazır materiallar meşə ərazisindən çıxarılaraq yük avtomobillərinə daşınıb.
İddia olunur ki, meşədə ağacların “soyqırımı”na meşə idarəsinin icazəsi ilə başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət