Slimfit
  1. MEDİA

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiya müzakirə edildi

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami     Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiya müzakirə    edildi
Sakura

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiya müzakirə edildi

AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı monoqrafiyasının rus dilində nəşrinin müzakirəsi baş tutub. Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyev, ədəbiyyat sahəsində bir sıra tanınmış elm adamları və digər ziyalılar iştirak edib. Professor Məmməd Əliyev “Nizami Gəncəvi İli”nin həm də bütöv Azərbaycanın adı ilə bağlı olmasını, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan oğullarının sayəsində Qarabağın azad olunmasını əlamətdar hadisə adlandırıb. Çıxış edənlər kitabın "Nizami Gəncəvi İli" çərçivəsində nəşr olunmasını təqdirəlayiq hesab ediblər. Nəşrin müqəddimə hissəsində indiyədək Azərbaycan tədqiqatçılarının və əcnəbi müəlliflərin mövzuya dair ərsəyə gətirdikləri araşdırmalar ziyalılar tərəfindən təhlil edilib. Kitabda bir sıra məqamlar müzakirə olunaraq fikir mübadiləsi aparılıb. Şairin ictimai-siyasi məsələlərə, təbiət elmlərinə, tibb və psixologiyaya dair baxışları yüksək səviyyədə təhlil edilib, o cümlədən “Xəmsə”nin tarixi məxəz olaraq əhəmiyyəti məsələsi konkret hadisələrin və şəxslərin nümunəsində nəzərdən keçirilib.

Müzakirələrə qoşulan hər kəsə minnətdarlığını bildirən müəllif Eldar Əmirov qeyd edib ki, dahi şairin irsini Azərbaycan xalqı daim müşayiət edib. Onun sözlərinə görə, ərəb, fars, türk və digər ölkələrin orta əsr Şərq ədəbiyyatına nəzər saldıqda, yaradıcılığında elmi fikirlərə Nizami qədər yer ayıran ikinci bir sənətkar demək olar ki, yoxdur. Dahi mütəfəkkirin “Xəmsə”sini dövrünün ensiklopediyası adlandıran müəllif, Yer kürəsindən kənarda aləmlərin mövcudluğuna dair fikirlər səsləndirən Cordano Brunonun adının çəkilməsinə baxmayaraq N.Gəncəvinin də əsərlərində belə fikirlərə yer ayırdığını xüsusi vurğulayıb. Nizami “Xosrov və Şirin” poemasında ulduzların hər birində yaşayışın mövcudluğunu ifadə edib. Lakin dahi şair C.Bruno kimi bu fikirləri vahid konsepsiya şəklində deyil, ehtimallara əsaslanaraq təqdim edib. Bu da ona əsas verir ki, Nizami dünyanın quruluşu ilə bağlı dərin biliklərə sahib olub.

Monoqrafiyanın ərsəyə gəlməsində Nizaminin əsərlərindən, dahi şairin yaradıcılığı ilə bağlı ən müxtəlif mənbələrdən, elmi tədqiqatlardan və biblioqrafik göstəricilərdən istifadə olunub. Xatırladaq ki, “Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, redaktorları AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İradə Hüseynova, AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, rəyçisi isə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR