Dərc edildi: Baxış sayı: 599
Şair Məmmədhüseyn - Yaylağım
Gülür üzün, əcəb xoş növrağın var,
Könlümə iftixar, can, a yaylağım.
Köksündən iz salıb neçə min bahar,
Görəndə gəlirəm cana yaylağım.
Cüyürlü döşlərin al-əlvan çalır,
Hər dağdan, arandan qonağın qalır.
Şöhrətin yayılır, başın ucalır,
Körpəykən sirdaşım, ana yaylağım.
Əhsən deyir ellər, nə xoş səfan var,
Düzsən ilqarına, əhdə vəfan var.
Məmmədhüseynin dilində sən olmusan car,
Girmisən yenə min dona yaylağım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət