Dərc edildi: Baxış sayı: 505
Şair Məmmədhüseyn - Yarıma
Mən qurban eylərəm şair qəlbimi,
Məni qıyqacıdan süzən yarıma.
Tutufdu dəstində, necə yaraşır,
Tər bənövşə, lalə, süsən yarıma.
Olmaz bu ilqarı şirin dil, əyən,
Yuyaq xoş camalı gətir di, ləyən.
Saf eşqimə yaman günü diləyən,
Paxıl gözlər ilə süzən, yarıma!
Məmmədhüseyn, işi tutma sarınan,
O nə candı, əhdi danıb sar anan?
Qurbanam ömrümə qəlbən sarınan,
Ceyran yerişiylə süzən yarıma.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət