Dərc edildi: Baxış sayı: 531
Şair Məmmədhüseyn - Yarasa
Bir kəlmə sözümdən nə tez incidin,
Gəl apar ömrümü sənə yarasa.
Sən ki, sərraf idin, sən ki, incidin,
Vurmasın aranı yolux, yarasa.
Tənə dolu namən bağrım qanatdı,
Qıydı bizə yad ortaya qan atdı.
Çəkdir dara, eşqimizi qanat di,
Təki məni şirin dilli yar, asa.
Neynək belə gəldi mənə, il qara,
Gəldi çovğun, basdı məni il qara.
Öldür Məmmədhüseyni, bəd çıx ilqara,
Yaran bunla sağalası yarasa.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət