Dərc edildi: Baxış sayı: 468
Şair Məmmədhüseyn - Yaralananda
Necə tab gətirsin belə ağrıya,
Könlü sınan aşiq, yaralananda.
Əl çirki sayılan vara, dövlətə,
Əzəlindən nazlı yar allananda.
Bağlıyam ilk gündən düzgün ilqara,
Batsam zimistana ay, gün, il qara.
Edibsən günümü bütün il qara,
Uğursuz nazənin, yar aralan, da.
Məmmədhüseyni azmı çəkdin sən anda,
Çəkməz bu xiffəti Məcnun, Sənan da.
Bir dəfə də gəl adımı sən an, da,
Sevinim sən təki yarar alanda.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət