Slimfit
  1. ƏDƏBİYYAT

Şair Məmmədhüseyn - Varaq

Şair Məmmədhüseyn - Varaq
Sakura

Şair Məmmədhüseyn - Varaq

Ay aşıq, al sazını,
Bir gəl bu meydana varaq.
Danışaq həqiqətdən,
Demə ki, hədyana varaq.
Ariflər məclisinə,
Biz mərdi-mərdana varaq.
Əgər xoş buyurmasan,
İstəməm pünhana varaq.

Sərraftək ad alıbsan,
Eşitmişəm çox sədalar.
Titrəməsin dil-dodağın,
Göstər qarşımda hünər.
Gur məclis qarşısında,
Çatmasa mərifətin əgər.
Haqq bilən bir dehqana,
Razıyam mehmana varaq.

Təbibi-dənadiləm,
Var elmdən xəbərim.
Babi-elm aşiq mənəm,
Yüz aşıqdan yox qəmim.
Hər nəqafil qarşısında,
Əyilmərəm, var hünərim.
Suxtəcək təhsil almışam,
İstəsən ürfanə varaq.

Vəsf etmə çox özünü,
Sən ki, saz rağibisən.
Ariflər qarşısında,
Bil ki, zəlilü xarisən.
Sallam cisminə vəsvəsə,
Baxma ki, çox türfəndəsən.
Əgər ki, etirazın olsa,
Hazıram bürhana varaq.

Məmmədhüseynəm, əzəl gündən,
Zəkavəti toplamışam.
Kamil usta sənətindən,
Dönə-dönə dərs almışam.
Çox sənintək aşiqləri,
Qəm oduna qalamışam.
Çıx görüm hüzuruma,
Meydana seyrana varaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR