Dərc edildi: Baxış sayı: 658
Şair Məmmədhüseyn - Uzaqdasan
Könlüm istər səni, çatmayır ünüm,
Həsrətin öldürür, yar, uzaqdasan.
Zəhrimara dönüb yalqızam, gülüm,
Sonsuz məhəbbətim var, uzaqdasan.
Gecəni, gündüzü dar bula-bula,
Baxıram sən keçən cığıra, yola.
Qorxuram, görməyəm tez ömür sola,
Olmusan dilimdə car, uzaqdasan.
Məmmədhüseyni fələk yaxşı qınadı,
Güldürdü üstünə qohumu, yadı.
Bu dərd ilə odlanadı, yanadı,
Sərviboy sinəsi qar, uzaqdasan.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət