Dərc edildi: Baxış sayı: 850
Şair Məmmədhüseyn - Üstədi
Hal-əhvalın ay nazənin,
Vallah bahar, yaz üstədi.
Dilimdən düşməz tərifin,
Əksin telli saz üstədi.
Dava-şavanı duymuşam,
Mən də felinə uymuşam.
Bilmə ki, səndən doymuşam,
Himim bircə söz üstədi.
Bəndəm bircə oxşayışa,
Bülənd edim min alqışa.
Məmmədhüseynlə gəz qoşa,
Könlüm xoş avaz üstədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət