Dərc edildi: Baxış sayı: 635
Şair Məmmədhüseyn - Ürəyimə
Al qələmi hazır eylə əlində,
İsmini nəqş eylə, yaz ürəyimə.
Sonasan, üzürsən eşqin gölündə,
Gəlibdi qoy deyim söz ürəyimə.
Dərdindən, nainsaf olmuşam dəli,
Bir dəfə üz tutub demirsən bəli.
Gözlədim, gələsən bu neçə ili,
Hicran qəmini sal, az ürəyimə.
Məmmədhüseynin səndən özgə kimi var,
A gözü piyalə, a zülfü şahmar.
Qurban ollam sənə, eyləmərəm ar,
Sən də ləkə salma, saz ürəyimə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət