Dərc edildi: Baxış sayı: 576
Şair Məmmədhüseyn - Tərsinə gedər
Günahkar qul oldum fani dünyada,
Pozulub şövkətim tərsinə gedər.
Mən aşıq tərsinəyə,
Tər damar, tər sinəyə.
Xəstənin gözü düşmüş,
Yetkin nar, tər sinəyə.
Heyif cavan ömrüm yetişdi bada,
Dönüb ruzigarım tərsinə gedər.
Tapdılar firəngi alim içində,
Oxudum dərsimi alim içində.
Mən aşıq alim içində,
Oxu dərsin alim içində.
Dahan şəkər, dil inci,
Dodaq balın içində.
Arif məclisində, alim içində,
Xoş olan əzbərim tərsinə gedər.
Məmmədhüseyn, oxu dərsin, yaz indi,
Sevdiciyim, halı gözdən yaz indi.
Aşıq deyər, yaz indi,
Oxu dərsin, yaz indi.
Ötür şeyda bülbüllər,
Budur gəldi yaz indi.
Al qələmi, sal xəttini yaz indi,
Oxunan dəftərim tərsinə gedər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət