Dərc edildi: Baxış sayı: 647
Şair Məmmədhüseyn - Olaydı
Aman Allah, bu görünən
Ala gözlü yar olaydı.
Qovaydı intizarımı,
Ömrə vəfadar olaydı.
Mənim işvəli cananım,
Söz verib əhdi dananım.
Var ömrümə şövkət-şanım,
O, sinəsi qar olaydı.
Məmmədhüseynin şən dilbəri,
Ceyran yerişli ülkəri.
Bulaq üstə gələn pəri,
Gülüşü gülzar olaydı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət