Dərc edildi: Baxış sayı: 806
Şair Məmmədhüseyn - İstərəm
İzin versən oğrun-oğrun,
Tər qoynundan nar istərəm.
Ağ sinənin üstən, ay qız,
Dümağ təzə qar istərəm.
Səni kimi gözəl yarı,
İlqarı düz vəfadarı.
Çəkdirsən də ahu-zarı,
Edib dildə, car istərəm.
Ay işvə, nazlı ceyranım,
Qəmzənə necə dayanım?
Məmmədhüseynəm, ay cananım,
Meylim sənə var, istərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət