Slimfit
  1. ƏDƏBİYYAT

Şair Məmmədhüseyn - İslama vacib

Şair Məmmədhüseyn - İslama vacib
Sakura

Şair Məmmədhüseyn - İslama vacib

Suliddin beşdir islama vacib,
Əvvəli tövhiddir Rəbbim xəbərdar.
Təvəlla-təbərra zülmən mil ibad,
Bərhəqqi adildi o pərvərdigar.

Üçüncü nübüvvətdi yəni peyğəmbər,
Dördüncü imamətdi bərhəqdi onlar.
Rözeyi məhşərdə şəfa qılanlar,
Mömünə behiştdə yer verər onlar.

Fəmalla, fəballa dostunu tanı,
Haqq bil peyğəmbəri mövlanı tanı.
Yüz on dörd surədi haqqın Quranı,
Oxuyar, anlayar alim olanlar.

Haqq özü buyurub söyləyir kəlam,
Şəfa dilər ondan cümleyi-aləm.
Vacibdir islama məsail tamam,
Utanar imamdan münkür olanlar.

Cəhalət qalmasın, qılın namazı,
Axirətdə yetər onun əvəzi.
Ölmək-dirilmək mizan tərəzi,
Gərəkdi bilsinlər mömün olanlar.

Altı şey vacibdir, əvvəl təharət,
Xalis su ilə alın, olmaz şiləkət.
Eyni nəcabəti püşdünə öyrət,
Utanmaz fitnəyə qüsul verənlər.

Vaxtı hədər keçirməyin, vədəni,
Vaxtı düz bilin, gözləyin Kəbəni.
Ca qəsbi, cama qəsbi yetim olanlar,
Qoy onlar da bilsinlər namaz qılsınlar.

Niyyət, qiyam, tək bir ehram,
Əlhəm, qiraət, qülhüvallahın əhəd.
Rükudu, səcdədi, təşəhhüd, salam,
Bil onlardı islama vacib olanlar.

Müctəhid rəyi ilə təğlidin bəhsi,
On yeddi rükətdi, beş vaxt əsası.
Altı min altı yüz altmış altı ayəsi,
Doxsan min kəlmədə oxunar aşkar.

Oruc, namaz, somu, salat biləsiz,
Gəlsə müşdəmeylik Həccə gedəsiz.
Haqq yanında olmayacaq əvəzsiz,
Şəfsi şeytandan çox cəhətimiz var.

Aləmi-ərşi Rəbbim qeyiblər bilər,
Adildir, Kərimdir şəfayət qılar.
Qorxmayın məhşərdə köməyə gələr,
Məkanı qəlbdədi, mömün olanlar.

Pəs yumşaq məna verir sübhana,
Müvəkkilim sadiqdir zəmani əsmana.
Sadiqdir, doğruluğu verir bəyana,
Bunlardır Rəbbimə sait olanlar.

Nə ərəsdi, nə mürəkkəb, nə cövhər,
Heyyas üstümüzdə durub rəhbər.
La şərikdir, la məkanın söyləyər,
Əlli üç məsail eylədim təyyar.

Məmmədhüseyn ümid Xudanı bilir,
Din Məhəmməd, kəlam “Quranı” bilir.
Nəsil-nəcabəti imamı bilir,
Cəfər məzhəbinə etiqat bağlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR