Dərc edildi: Baxış sayı: 654
Şair Məmmədhüseyn - Haçan gəlirsən
Başına döndüyüm gül üzlü oğul,
Oğul, söylə görüm, haçan gəlirsən?
Gecə-gündüz həsrətini çəkirəm,
Oğul, söylə görüm, haçan gəlirsən?
Sana gəlməz günüm, gedir ömürdən,
Namərd didar edib məni elimdən.
Bu sinnidə ayrılmışam gülümdən,
Oğul, söylə görüm, haçan gəlirsən?
Susanmıram, var-dövlətim alıblar,
Şahmar kimi ürəyimdən çalıblar.
Məmmədhüseyni yaman oda salıblar,
Oğul, söylə görüm, haçan gəlirsən?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət