Dərc edildi: Baxış sayı: 478
Şair Məmmədhüseyn - Gözdədi
Az tənə vur mənə, ismarıc eylə,
Ləngidən sən oldun, indi gözdə di.
İlqarsızsan deyib, ün salma elə,
Meylim yenə, həmən qara gözdədi.
Adın əzbər oldu, yarım dilimdə,
Doğrasalar məni dilim-dilim də.
Sən də az qəmzə at, şirin dilim də!
Möhnətin qəlbimi üzdü, gözdə di.
Ay demişdin, il də keçdi vədədən,
Vədinə düz çıxar düzgün vəd edən.
Əgər olsan hiylə ilə vəd edən,
Məmmədhüseyn bəsdir səni gözdədi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət