Şair Məmmədhüseyn - Əzəldən - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler
Slimfit
  1. ƏDƏBİYYAT

Şair Məmmədhüseyn - Əzəldən

Şair Məmmədhüseyn - Əzəldən
Sakura

Şair Məmmədhüseyn - Əzəldən

Laləli, nərgizli Tərsə yaylağı,
Tərlanların yaylağıdır əzəldən.
At oynadan, qılınc çalan, qaçağan,
İgidlərin oylağıdır əzəldən.

Yay ayları elat çıxar, yurd salar,
Dərələr al-yaşıl yüz rəngə çalar.
İstəyənə şöhrət olar, ad olar,
Yadlara da göz dağıdı əzəldən.

Görəndə atlanır şairin könlü,
Ana diyarını şadyana, güllü.
Gözəl gəlinlərnən, qızlarnan ünlü,
Neçə kəndlər qonağıdı əzəldən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR