Dərc edildi: Baxış sayı: 1096
Şair Məmmədhüseyn - Eyləsən
Qoşa narın sinən üstə uyuşub,
Can deyərəm məni mehman, eyləsən.
Həmdəmim ol, ömrə-günə yar olaq,
Sonra yar bağrımı, al qan, eylə sən.
Təzəcə yetmisən on beş yaşına,
El heyrandır kirpiyinə, qaşına.
Yer eylə könlündə, könül quşuma,
Mən öyünüm, nazla cövlan, eylə sən.
Aşıq olan səndən iraq olarmı,
Dil verdiyin saralarmı, solarmı?
Məmmədhüseyn özgəsini alarmı,
Gəl mənimlə əhdü-peyman, eylə sən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət