Dərc edildi: Baxış sayı: 559
Şair Məmmədhüseyn - Əlinə
İstəsən ki, kimə qarğış edəsən,
Qarğa düşsün yaman arvad əlinə.
Olmaz günü ya sevinən, ya gülən,
Özü dözsün fitnəsinə, felinə.
Səhər-axşam istirahət verməsin,
Aralıqda xoş məhəbbət hörməsin.
Qonum-qonşu eşidəndə söyməsin,
Lənət desən arvadının dilinə.
Məmmədhüseyn qananların quludu,
Ömür yolu haqq, ədalət yoludu.
Mən Səlmini gətirəndə duludu,
İndi dönüb təzə gələn gəlinə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət