Dərc edildi: Baxış sayı: 478
Şair Məmmədhüseyn - Dil-dilə
Könül uyma hər yetənə, yad olar,
Ömrünə vəfalı şirin dil-dilə.
İstəmə ay üzlü türfə gözəli,
Ömrü boyu sənnən ötə dil-dilə.
Gözəl gərək hər dərsini cəm ala,
Fikir verə mərifətə, camala.
Könül vermə bütün aləm cəm ola,
Toxunmasan yarla əgər dil-dilə.
Məmmədhüseyn, axtar sənə yar olan,
Bağlan bir soyluya, ona yar ol, an.
Tap bütün ömrünə arxa, yar olan,
Dəm verməz heç zaman əhli-dil dilə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət