Dərc edildi: Baxış sayı: 600
Şair Məmmədhüseyn - Bənzəməz
Gözəl çoxdu bu mahalda, obada,
Mən gördüyüm özgəsinə bənzəməz.
Qəh-qəhinə susdu dağda kəkliklər,
Heç səs onun xoş səsinə bənzəməz.
Ətrafında vardı nazənin qızlar,
Hər yanında parıldaşar ulduzlar.
Məst edir görəni şirin avazlar,
Heç bir dəstə, dəstəsinə bənzəməz.
Məmmədhüseyn görüb onu vuruldu,
Könül aldı hal-əhvalı duruldu.
Ötdü xoş nəğmələr, məclis quruldu,
Heç bir nəşə nəşəsinə bənzəməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət