Dərc edildi: Baxış sayı: 667
Şair Məmmədhüseyn - Başabaş
Anlamazı, nadürüstü, nadanı,
Dəyişəsən bir qoyuna başabaş.
Mərifət gözləsə, anlağın bilsə,
Kim qurban eyləməz belə başa-baş.
Yaltaq üzə gülər, çapar arxada,
Üz bir olar, nə ki, çapar arxada.
Olma nanəcibə çapar, arxa da,
Budur nəsihətim sənə, baş, a baş.
Məmmədhüseyn, uyma yaxşı-yamana,
Qoyma saxta dostlar sənə yamana.
Al bir gözəl, göz dağıdır yamana,
Ömür eylə onla müdam, başabaş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət