Dərc edildi: Baxış sayı: 375
Şair Balayar Sadiq insult keçirib
Şair Balayar Sadiq insult keçirib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, Balayar Sadiq oğlu Əliyev huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.
O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra kompüter tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb.
Hazırda o, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət