Dərc edildi: Baxış sayı: 863
Şair Aydın - Mintənə
Sarı don geyinmiş bir qız – mintənə)
Bahar vaxtı, yaz vədəsi
Geyinib sarı mintənə.
Yəqin bil ki, əmən ölməz,
Qoynunda narı, mintənə.
Qomrovluca quş kimisən,
Broflu gümüş kimisən.
Təzə yetişmiş kimisən,
Gilas nübarı, mintənə.
Hərnə oldu, mənə oldu,
Saraldı, irəngim soldu.
Aydını aranda qoydu
Biiman qarı, mintənə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət