Dərc edildi: Baxış sayı: 619
Şair Aydın - Gəlin
Gedirdim, yoldan eylədi,
Bir qırmızı tatar gəlin.
Qul eylər, çəkər bazara,
Axır bir gün satar gəlin.
Cavahir seçdim dəryadan,
Məni qəflətdən oyadan,
Sənin kimi ağ mayadam
Düzdürəydim qatar, gəlin.
Aydın gəzər yar yanında,
Qalsın haqqın divanında.
Heç arzu qalmaz canında
Hər kim sənlə yatar, gəlin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət