Dərc edildi: Baxış sayı: 658
Şair Aydın - Ay ağalar, ay qazılar
Ay ağalar, ay qazılar,
Bu dünya kimə qalacaq.
Əzizliklə can bəsləmək,
Fələk bir gün alacaq.
Nə oturmusan ağ otaqda,
Kimlər olar sənin bəxtdə.
Altın torpaq, üstün taxta,
Sorğu-sual olacaqdı.
Aydın deyər, varım çoxdur,
Çox varın vəfası çoxdur.
Körpü təkdir karvan çoxdur,
Hamı bir-bir keçəcəkdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət