Dərc edildi: Baxış sayı: 673
Şair Aqil - Yaraşır
Bəzənib, naz ilə seyrə varanda,
Zərif qədəminə yollar yaraşır.
Qönçə dahanına, ləli-ləbinə
Danışanda şirin dillər yaraşır.
Hərdən-hərdən biz tərəfdə gəzəndə,
Qaş oynadıb, gözlərini süzəndə,
Şanə alıb tellərini düzəndə,
Ay qabağa siyah tellər yaraşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət