Dərc edildi: Baxış sayı: 1377
Şair Aqil - Qardaş
Qəlbim qan ağlayır, didəm yaş tökür,
Gözlərəm yolunu, gələrmi qardaş?!
Həsrəti, möhnəti bu çanım çəkir,
Bəs, dərdi olan da gülərmi, qardaş!?
Əzizim, sənsizəm, olmuşam xəstə,
Gözüm yollardadı, qulağım səsdə.
Üzünü görəydim bu son nəfəsdə,
Daha özgə dilək dilərmi qardaş!?
İtirmişəm, axtarıram maralı,
Ovçu bərəsindən getdi yaralı.
Qəm çəkənlər mənim kimi saralı,
Təbib olsa, dərdim bilərmi, qardaş?!
Çağır, şahlar şahı yetişsin dada,
Qüssə-kədər olsa həddən ziyada.
Fələk məni ağlar qoydu dünyada,
Gözümün yaşıiı silərmi qardaş?1
Musa məhbəsdədi, yoxdu həyanı,
Neylədin İmanı, ay kərəm kanı?!
Mən onsuz dünyada neylərəm canı,
Tükənməz dərdimi bölərmi qardaş?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət