Slimfit
  1. ƏDƏBİYYAT

Saib Təbrizi - Aşiq qanını vəsməli qaşın nihan içər

Saib Təbrizi - Aşiq qanını vəsməli qaşın nihan içər
Sakura

Saib Təbrizi - Aşiq qanını vəsməli qaşın nihan içər

Aşiq qanını vǝsmǝli qaşın nihan içǝr, 
Cöhǝrli tiğ qın ara peyvǝstǝ qan içǝr. 

Etdükcǝ qan könüllǝri ol lǝli-atǝşin, 
Abi-hǝyat tǝk qara zülfün rǝvan içǝr. 

Ta bir piyalǝ verdi, kǝbab etdi bağrımı, 
Hǝr kim onun ǝlindǝn içǝr badǝ, qan içǝr. 

İllǝr yaşar Xızr kimi hǝr kim ki, gecǝlǝr, 
Gül üzlü yar ilǝn meyi çün ǝrğavan içǝr. 

Adǝm nǝdir ki, içmǝsün ol verdigin şǝrab, 
Versǝn ǝgǝr, firiştǝ meyi bigüman içǝr. 

Saqi mǝnimlǝ şişei-peymanǝ neylǝsün, 
Dǝryani bir nǝfǝsdǝ bu rigi-rǝvan içǝr. 

Tezraq çǝkǝr nǝdamǝtǝ bǝdmǝstilik yolu, 
Hǝr kim ki, yaxşı içsǝ şǝrabi-yaman içǝr. 

Saib ki, mǝn onun sözünü yerǝ salmadım, 
Bilmǝn nǝçün mǝnim qanımı asiman içǝr.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR