Slimfit
  1. MARAQLI

Şahzadə Diananın pozduğu 6 protokol qaydası

Şahzadə Diananın pozduğu 6 protokol qaydası
Sakura

Şahzadə Diananın pozduğu 6 protokol qaydası

Şahzadə Diana Spenser bütün dünyaya sübut etdi ki, o təkcə kral ailəsinin gəlini deyil, həm də adi insandır. Bunu isə krallıq qaydalarını pozaraq nümayiş etdirdi.

Qafqazinfo” Şahzadə Diananın pozduğu 6 krallıq qaydasını təqdim edir: 

1. Nişan üzüyünü özü seçdi

Qaydalara görə, kral ailə üzvləri üçün üzükləri məşhur zərgərlər qiymətli daş-qaşlardan hazırlayırlar. “Ledi Di” isə bu qaydanı pozaraq nişan üzüyünü özü seçdi. Hazırda həmin üzüyü şahzadə Uilyamın xanımı Keyt Middlton taxır. 

2. İlk dəfə saraydan kənarda doğuş edib

Dianaya qədər kral ailəsinin bütün qadınları körpələrini sarayda dünyaya gətirmişdi. Ancaq Uels şahzadəsi qaydaları pozaraq Uilyamı xəstəxanada dünyaya gətirdi. Keyt Middltonun da hər 3 doğuşu xəstəxanada olub. 

3. Diananın uşaqların tərbiyəsi ilə bağlı öz baxışları vardı

Dianaya qədər kral ailəsinin uşaqları nadir halalrda saraydan kənara addım atardılar. Diana isə bütün formallığı pozaraq oğulları Uilyamla Harrini özü ilə xarici səfərlərə aparır, ictimaiyyət içərisində onları qucaqlayıb öpməkdən çəkinmirdi. 

Üstəlik o, ilk dəfə uşaqlarını bağçaya və məktəbə göndərib. Ona qədər uşaqlar sarayda təhsil alırdılar. 

“Ledi Di” oğullarına normal uşaqlıq bəxş edib: onların atraksionlara minmələrinə, futbolka və cins geyinmələrinə, ictimai nəqliyyatdan istifadə etmələrinə qarşı çıxmayıb. Şahzadə saraydan kənar həyatı göstərmək üçün onları tez-tez sığınacaqlara və xəstəxanalara da aparırdı.

4. Diana adi insanlarla tez-tez görüşürdü

Diana krallıqda yeganə insan idi ki, xəstəxanalara baş çəkir, xeyriyyə ilə məşğul olurdu. Əbəs yerə onu “xalqın şahzadəsi” adlandırmırdılar. Diana ilk dəfə həkimlərin belə respiratorsuz yaxınlaşmadığı QİÇS xəstəsinin əlini sıxmış, protokol qaydalarının əksinə olaraq xəstələrlə qucaqlaşmışdı. 

5. Diana hislərini açıq ifadə etməkdən çəkinmirdi 

Diana hər zaman jurnalistlərə xüsusi hörmət bəsləyib. 1995-ci ildə ilk dəfə açıq müsahibəsindən sonra əri Çarlzla boşanmaq məcburiyyətində qalıb. Ancaq Diana bununla belə ailəsindəki xəyanət məsələlərinə açıq eyham vurmaqdan çəkinməyib. Hazırda Uilyamla Harri də analarının yolu ilə gedərək sosial şəbəkələrdə ailə fotolarını və xəbərləri paylaşmaqdan çəkinmirlər. 

6. Özünəməxsus geyim tərzi olub

Diananı “dəb ikonu” adlandırırdılar. Hər zaman dəbə uyğun və eleqant geyinən Diana bəzən “dress-kod”u kəskin şəkildə pozurdu. O, krallıqda ilk qadın idi ki, rəsmi tədbirlərə şalvar-kostyum geyinib. Qara rəngi sevən Diana dərin dekolteli, açıq çiyinli geyimlərdən çəkinmirdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR