Dərc edildi: Baxış sayı: 605
Şahzadə Çarlz koronavirusa qalib gəldi
Böyük Britaniya şahzadəsi Çarlz karantindən buraxılıb və özünü yaxşı hiss edir.
“Ria Novosti” bu barədə şahzadənin rəsmi nümayəndəsinə istinadən xəbər verib.
Qeyd edək ki, 71 yaşlı şahzadənin koronavirusa yoluxduğu haqqında məlumat martın 25-də mətbuata sızmışdı.
Koronavirus testlərinin cavabı müsbət çıxan şahzadə karantinə yerləşdirilmişdi.
Hazırda Şahzadə Çarlz Şotlandiyanın Aberdinşir vilayətində yerləşən Birkholl malikanəsində qalır.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət