Slimfit
  1. BİOQRAFİYA

Şahnigar xanım

Şahnigar xanım
Sakura

Şahnigar xanım - Azərbaycan şairəsi

Şahnigar xanım və ya Rəncur (1850, Qazax mahalının Ağköynək k. – 1899, Qazax) — Azərbaycan şairəsi.

Şahnigar xanım Kazımağa qızı (Rəncur) Qazaxda "Mollaxanım" ləqəbi ilə tanınmışdır. Təhsili və təlimini qardaşı Hacı Məhəmməd ağadan almışdır. Klassik üslubda və janrlarda (münacat, mərsiyə, qəzəl) şeirlər yazmışdır. Nəqşibəndi təriqətinə mənsub olmuşdur. Şeirlərinin çoxunu müridi Hacı Mirhəmzə Əfəndiyə (Seyid Nigariyə) xitabən yazmışdır.

Şahnigar xanım binti-Kazım ağa Qiyasbәyov Qazax şüәrasının naziktәblәrindәn birisi hesab olunur. Şahnigar xanım tәvәllüd edibdir öz qәryәlәrindә ki, Ağköynәk adı ilә mәşhurdur. İndiki Qazax şәhәrinin yavuqluğunda xırdaca bir kәnddir. Şairәnin tәxәllüsü "Rәncur" isә dә, tamami Qazaxda "Mollaxanım" lәqәbi ilә iştihar bulmuşdur.

Şahnigar xanımın tәlim vә tәrbiyәsi öz qardaşının--Haçı Mәhәmmәd ağanın tәhti-nәzarәtindә olubdur. Şairә üç-dörd sәnә bundan müqәddәm qırx beş vә ya artıq, yaşı әlli sinnindә vәfat edibdir.

Mollaxanım ziyadә möminә vә abidә, ismәtli vә hәyalı bir övrәt idi ki, vaxtının çoxunu ibadәt vә riyazәtdә keçirәrdi. Ol sәbәbdәn ona "Mollaxanım" lәqәbi verilmişdir. Şahnigar xanımın artıq elmi yoxmuşsa da, tәbi rәvan imiş. Rәncurun yazdıqlarının әksәri münacat, mәrsiyә, maddeyi-tarix vә sair dost vә әhibbaları arasında vüqua gәlәn nәviştәcat qismindәn olub, qәzәliyyati-vәsfi-dilbәr kimi әsәrlәri azdır.

Hacı Mirhәmzә әfәndinin müridlәrindәn olduğu üçün әşarü kәlamının çoxunda ol cәnab tutduğu mәslәkdә olduğunu bildirib, üluhiyyәt vә mәnәviyyәt alәmindәn bәhs edir.

Yari-mürşiddәn kağız gәlmәk babında yazıbdır:

Hәmd kim, dәstindәn, ey şәh, gәldi bir feyzanә xәt,
Gün kimi alәmdә sәrdәn tab edәr hәr yanә xәt.

Şükrülillәh kim, Nigara, öylә zәnn eylәr könül,
Nisbәt ol gündәn münәvvәr ayeyi-Quranә xәt.

İylәrәm, hәr dәm verir ol hәşt cәnnәt buyini,
Hövzi-kövsәrdәn saçar su atәşi-hicranә xәt.

Hәr zaman kim, xәttini tövf eylәyib mәzmununu
Oxuram, bağrım çәkәr hәr lәhzә min bir yanә xәt.

Yenә Hacı Mirhәmzә әfәndi göndәrdiyi namәnin cavabında yazmış:

Yazıb bir şәqqәni şahim, sәrimә sayә göndәrmiş,
Ona nәqş eylәmiş mehrin, dili-şeydayә göndәrmiş.

Nigaridir kәrәm kani kәrәm dәstini baz etmiş,
Nübüvvәt gülşәnindәn bir güli-hәmrayә göndәrmiş.

Mәnim cürmi-kәbir içrә pәrişan olduğum bilmiş,
Duayi-iltifatını mәnә pirayә göndәrmiş.

Kәrәm dәryasıdır, bir dövlәti-biqayә malikdir,
Sәrapa lütfdür kim, töhfeyi-biqayә göndәrmiş.

Gözüm pürnur olur, baxdıqca könlüm açılır guya,
Harayә pәrtövi-şәmsi-ruxindәn ayә göndәrmiş.

Әcәb xoşnud olurmu iltifatımdan deyә sövqat,
Kәrәm qılmış nigaranә, dili-rüsvayә göndәrmiş.

Yenә sövdayә düşmüş, aşiqanә bir qәzәl yazmış,
Nigari bir qәzәlnamә büti-zibayә göndәrmiş.

Şairә bir qәzәlindә artıq tәәssüf edir ki, öz mürşidi-kamili olan Nigarinin mәh camalını görüb, dәrgahi-pakına üz sürtmәk, әlin-ayağını öpmәk, bülbül kimi gecәlәr sübhәdәk kuyindә nalә etmәk vә müridlәri dairәsindә "hu-hu" deyib, mәstü laübali olmaq ona müyәssәr olmadı:

Mirhәmzә әfәndi Şahnigar xanıma cavabında yazmış:

Nigari-nazәninim fәrşi-bәzmarayә göndәrmiş,
Nigariş eylәmiş rәngi-tәrin şeydayә göndәrmiş.

Rәvac olsun deyәrdim hüsni bazari-mәlahәtdә-
Ki, rәngin aşiqi-şeydasinә sәrmayә göndәrmiş.

Gözәl nәqşü nigariş eylәmiş, zibatәrin yazmış,
Müzәyyәn müshәfi-ruxsardәn bir ayә göndәrmiş.

Mәgәr şuridәsin yad eylәmiş kim, Şahnigarım tәk,
Fәrәhәfza, dilara töhfeyi-rәnayә göndәrmiş.

Deyil bimәni bu ikrami-ziba ol sәnәmsima,
Әmiri-hәmzәyә, әlbәttә, bir mәnayә göndәrmiş.

Gözüm pürnur olur baxdıqca, könlüm açılır guya,
Hәdiyyә pәrtövi-şәmsi-ruxindәn ayә göndәrmiş.

Ziyad olsun dәmadәm iltifatı ol gözәl namın,
Nigarım tәk kәrәm dәryasını biqayә göndәrmiş.

Kәrәm dәryasıdır, bir dövlәti-bipayә malikdir,
Sәrapa lütfdür kim, töfheyi-bipayә göndәrmiş.

Yenә sövdayә düşmüş, aşiqanә bir qәzәl yazmış,
Nigari bir qәzәlnamә büti-zibayә göndәrmiş.

Şahnigar xanımın müxtәlif әşarü qәzәliyyatı iki yüzә kimi olar. Divanı varsa da, övraqü pәrişandır. Bizim әlimizdә olan dәftәrdә şairәnin münacat vә qәzәliyyatından maәda bir neçә rübailәri, müxәmmәs vә müsәddәslәri vә saqinamәlәri dә vardır ki, tamamisi aydın vә rәvan yazılmış şerlәrdәn ibarәtdir vә lakin cümlәsi mәzmun cәhәtincә bir-birinә oxşadığına görә burada zikr olunmadı.

Әyyub ağa Muradov bina etdiyi mәscidin tarixi babında yazıbdır:

Zәhi Әyyub ağanın yadigari,
Cahan içrә olub bu beyt bari.
Günahın әfv qıl, ya rәb, o şәxsin,
Rәva qılma ona minbәd nari.
Mәqamın cәnnәt et, huri әnisin,
Müşәxxәs qıl ona tacül-vüqari.
Nüsuhasa qәbul et tövbәsini,
Bina etdi çü beytül-iştihari.
Yazıb Rәncur mübarәk tarixin "ğәrq",
Gәzib qәvvasvәş bәhrul-fikari.

Mәrhum Әyyub ağanın Dağkәsәmәndә bina etdiyi mәscid heyfa ki, itmama yetmәdi vә onun baniyi-möhtәrәmi mәscidi tәmir edib başa gәtirmәmiş vәfat elәdi. Övladi-kәsirәsi içindә bir elә şüurlu vә mütәdәyyin şәxs tapılmadı ki, babasının xeyir işini әncama yetirsin vә haqq-taala ibadәtxanası yarımçıq qalmasın. Hәmişә Aqstafadan gәlib Qazaxa gedәn vaxtı Dağkәsәmәnin içindәn keçdikdә hәqir allahın evini elә yarımçıq vә pәrişan halda görüb mәğmum vә pәrişan oluram. Keçmiş halımızla indiki halımızı nәzәrә gәtirdikdә Mirzә Rәhim Fәnanın fәna tәsirli şeri yadıma düşüb, dәxi dә könlümü xarab edir:

Sәn gәzәn gülşәni gördüm, dağılıb övraqi,
Bülbülün nalәvü fәryadı tutub afaqi i.a.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR