Dərc edildi: Baxış sayı: 489
Şahmatçımız “Vergani Cup” festivalının növbəti turunda qələbə qazanıb
İtaliyanın Villorba şəhərində şahmat üzrə üçüncü “Vergani Cup” festivalında səkkizinci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva sonuncu turda Türkiyə təmsilçisi Ekin Baris Özənir üzərində qələbə qazanaraq xalların sayını 4-ə çatdırıb.
Ülviyyə Fətəliyeva bu nəticə ilə turnir cədvəlində 27-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, şahmatçımız bundan əvvəlki turda Almaniya təmsilçisi Lev Yankeleviçə məğlub olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət