Slimfit
  1. İDMAN

Şahmatçılarımız üçün məğlubiyyəti sığortalamaq şansı

Şahmatçılarımız üçün məğlubiyyəti sığortalamaq şansı
Sakura

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur keçiriləcək

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur keçiriləcək.

Oxu.Az xəbər verir ki, dünən ABŞ üzərində ilk məğlubiyyətini almaqla, liderliyini itirən kişi millimiz bu gün dünya reytinqində III sırada olan Çinlə qarşılaşacaq.

Dünya reytinqində IV sırada olan millimiz və Çin hazırda Olimpiadanın turnir cədvəlində 13 xala malikdir. Lakin əlavə göstəricilərə görə millimiz III, Çin isə VI yerdədir. Komandamız liderlər qrupundan qopmamaq üçün bu görüşdə qələbə qazanmalıdır. 

Şəhriyar Məmmədyarov (ağ) – Liren Dinq

Teymur Rəcəbov (qara) – Yanqyi Yu

Arkadi Naydiç (ağ) – Yi Vey

Eltac Səfərli (qara) – Şianqji Bu

Qadın millimiz də bu tur ciddi sınağa çıxacaq. 13 xalla V sırada olan yığmamız dünya reytinqində və hazırkı Olimpiadanın turnir cədvəlində II pillədə olan Ukrayna ilə qarşılaşacaq.

Günay Məmmədzadə (ağ) – Anna Muzıçuk

Xanım Balacayeva (qara) – Mariya Muzıçuk

Gülnar Məmmədova (ağ) – Anna Uşenina

Ülviyyə Fətəliyeva (qara) – Yuliya Osmak

Qeyd edək ki, Şahmat Olimpiadası 11 turdan ibarətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR